
Rusiyanın keçmiş hərbi kəşfiyyatçısı, QRU zabiti və qızı Yuliya təhlükəsizlik səbəbi ilə Solsberidə zəhərlənmə işi ilə bağlı Böyük Britaniyada keçirilən dinləmələrdə iştirak etmək istəmirlər.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Guardian” yazır.
Məlumata görə, Skripallar hesab edirlər ki, hüquq-mühafizə orqanlarına verdikləri məlumat kifayətdir və onların iclasda iştirakı vacib deyil.
Bundan əlavə, nəşr Britaniya hökumətinin dinləməni müşayiət etmək üçün ciddi təhlükəsizlik tədbirləri tələb etdiyini göstərir.
Şəbnəm
Gununsesi.info