“Sky News” telekanalının çəkiliş qrupu Kiyev yaxınlığında atəşə məruz qalıb – VİDEO

  • By admin
  • 06 Mart 2022 23:24

Britaniyanın “Sky News” telekanalının Kiyev yaxınlığında çəkiliş qrupu Rusiya qoşunlarının atəşinə məruz qalıb.

Hadisə fevralın 28-də baş verib, lakin “Sky News” vəziyyət haqqında təfərrüatlı məlumatı yalnız martın 4-də axşam saatlarında, jurnalistlər Böyük Britaniyaya çatanda verib.

HTML tutorial

Bu barədə “Gordon” nəşri xəbər verir.

Belə ki, beş nəfərdən ibarət çəkiliş qrupu Ukrayna ordusunun Rusiya texnikasının karvanını darmadağın etdiyi Kiyev vilayətinin Buça şəhərindəki vəziyyətlə bağlı reportaj hazırlamağı planlaşdırırmış. Uzunluğu 30 km-dən az olan yol bir neçə saat vaxt alsa da, Ukraynanın sonuncu keçid məntəqəsində jurnalistlərə yolun davam etməsinin təhlükəli olduğu bildirilib.

Qrup Kiyevə qayıtmaq qərarına gəlib, lakin yolda jurnalistlər atəşə tutulub, maşın aşıb. Jurnalistlər atəş açan şəxsə media nümayəndələri olduqlarını qışqırsalar da, atəş dayanmayıb.

Müxbir Stüart Remzi və operator Riçi Mokler yaralanıblar. Nəticədə komandanın hər beş üzvü maşından düşərək yerli zavoda sığınıb. Onlar oradan Ukrayna polisi tərəfindən təxliyə edilib.

Gununsesi.info