Slovakiya Hərbi Hava Qüvvələri MiG-29 uçuşlarını dayandırıb

  • By admin
  • 29 Sentyabr 2019 20:05

Slovakiya Hərbi Hava Qüvvələri komandanlığı MiG-29 qırıcılarının təlim uçuşlarını müvəqqəti dayandırmaq qərarına gəlib.

Gununsesi.org-un məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi Danka Tsapakova bildirib.

D.Tsapakovanın sözlərinə görə, MiG-29 təlim uçuşları şənbə günü axşam Nitrianskiy diyarındakı Zlate Moravetse şəhəri yaxınlığında qəzaya uğraması səbəbindən müvəqqəti olaraq dayandırılıb:

“Bu qərar milli hava məkanının təhlükəsizliyinə mənfi təsir göstərməyəcəkdir”.

 

 

Gununsesi.org