Slovakiya prezidenti konstitusiyada iki cinslə bağlı müddəanı təsdiqləyib

  • Müəllif: Admin08
  • 30 Sentyabr 2025 23:21

Slovakiya prezidenti Peter Pelleqrini konstitusiyada iki cins – kişi və qadın cinsi haqqında müddəanı təsbit edən düzəlişləri imzalayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Slovakiya Radiosu məlumat yayıb.

Dəyişikliklər sentyabrın 26-da Milli Şura (Slovakiyanın birpalatalı parlamenti) üzvlərinin səs çoxluğu ilə qəbul edilib.

Dəyişikliklərə əsasən, ölkədə rəsmi olaraq yalnız kişi və qadın cinsləri tanınır.

Gununsesi.info