Slovakiya Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb

“Slovakiyaya neytral Ukrayna lazımdır biz onun NATO-ya üzv olunmasına qarşıyıq”.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bunu ölkənin baş naziri  Robert Fiko deyib.

Onun sözlərinə görə, Ukraynanın NATO-ya üzv olmaq hüququ var. Amma bu o demək deyil ki, o, əslində alyansa üzv olacaq.

“Bu, onların sərbəst qəbul etdiyi qərar olacaq. Biz deyirik ki, Ukraynanın NATO-ya qəbulu ilə bağlı sənədləri parlamentdə ratifikasiya etməyəcəyik, çünki Slovakiyaya neytral Ukrayna lazımdır. Ukrayna NATO-ya üzv olarsa, Slovakiyanın maraqları da təhlükə altına düşəcək” – deyə Fiko vurğulayıb.

Eyni zamanda, siyasətçi vurğulayıb ki, Bratislava Ukraynanın Avropa İttifaqına qəbul edilməsi ideyasını dəstəkləyir və hesab edir ki, bununla bağlı danışıqlar mümkün qədər tez başlamalıdır.

 

Bildirilir ki, 2022-ci il fevralın sonunda Vladimir Zelenski ölkənin Aİ-yə daxil olması üçün ərizə imzalayıb və Brüsseli bu prosesi sürətləndirilmiş prosedurdan istifadə edərək dərhal başlamağa çağırıb.

 

Avropa Komissiyası Ukrayna və Moldovaya birliyə daxil olmaq üzrə danışıqlara başlamaq üçün bir sıra ilkin şərtlər yerinə yetirilməklə namizəd ölkə statusunun verilməsini tövsiyə edib.

 

Qedy edək ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller də bildirib ki, Ukrayna öz ərazisində hərbi əməliyyatlar aparıldığı müddətdə NATO-ya üzv ola bilməyəcək.

 

 

Şəbnəm

Gununsesi.info