Slovakiyada keçirilən parlament seçkilərində Rusiyayönlü siyasətçi qalib gəldi

Slovakiyada yarışı qabaqlayan Fiko bütün kampaniya boyu Ukraynaya hərbi yardımı dayandıracağına söz verib.

Gununsesi.info xəbər verir ki, Slovakiyada seçki yarışında rəqiblrini  qabaqlayan Fiko bütün kampaniya boyu Ukraynaya hərbi yardımı dayandıracağına söz verib.

Qeyri-rəsmi nəticələrə görə, Slovakiyada keçirilən ümumi seçkilərdə “Rusiyapərəst” keçmiş baş nazir Robert Fiko üstünlük qazanıb.

Bununla belə, Fiko parlamentdə çoxluğu əldə etmək və hökuməti formalaşdırmaq üçün başqa bir partiya ilə koalisiya qurmalıdır.

Seçkiqabağı sorğularda daha şanslı olduğu nümayiş etdirilən qərbyönlü, liberal Yenilikçi Slovakiya Partiyası  (Progressive Slovakia) seçki yarışında ikinci yeri tutub.

Seçkilərdə birinci gələn Rusiyayönlü partiyanın Avropa İttifaqı (Aİ) üzvlərini ciddi şəkildə narahat edəcəyi gözlənilir.

Seçkilərdə birinci olan Fikonun SMER-SSD Partiyası 23,37 faiz, ikinci yerdə olan Liberal Partiyası 16,86 faiz, HLAS Partiyası isə 15 faiz səs toplayıb.

59 yaşlı Fiko Slovakiyanın enerji qiymətləri və yaşayış xərcləri kimi Ukrayna məsələsindən daha böyük problemləri olduğunu, lakin onun partiyasının sülh danışıqlarına başlamaq üçün mümkün olan hər şeyi edəcəyini söyləyib. Fiko seçki kampaniyası zamanı qonşu Ukraynaya Rusiyaya qarşı müharibədə dəstəyi dayandıracağına söz verib.

Analitiklərin Aİ ilə tez-tez toqquşan Macarıstanın millətçi baş naziri Viktor Orbandan ilham aldığına inanan Fiko, “Ukraynaya humanitar yardım etməyə hazır olduğumuza dair heç bir dəyişiklik etmirik” deyib.

“Biz dövlətin bərpasına kömək etməyə hazırıq, lakin siz bizim Ukraynanın silahlanmasına münasibətimizi bilirsiniz”, o, mətbuat konfransında deyib.

Əvvəllər Fiko Ukraynanın NATO-ya üzv olmaq istəyinə qarşı çıxmışdı və bunun “Üçüncü Dünya Müharibəsinin başlanğıcı demək olduğunu” bildirib.

Səid Əhmədli
Gununsesi.info