Slovakiyada parlament seçkilərində səsvermə başlayıb

  • By admin
  • 30 Sentyabr 2023 10:34

Slovakiyada birpalatalı Milli Şuraya (parlament) növbədənkənar seçkilərdə səsvermə səhər saat 07:00-da başlayıb. Respublikada təxminən 6 min seçki məntəqəsi açılıb, saat 22:00-da bağlanacaq.

Gununsesi.info  xəbər verir ki,  5,449 milyon əhalisi olan Slovakiyada 4,3 milyona yaxın seçici seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçmiş 25 siyasi qurumdan (24 partiya və bir partiya koalisiyası) hansının 150 yerlik ali qanunverici orqana namizəd irəli sürəcəyini müəyyən edəcək. Slovakiya qanunvericiliyinə görə, Milli Şuraya daxil olmaq üçün seçkilərdə iştirak edən partiyalar ən azı 5 faiz, partiya koalisiyaları isə ən azı 7 faiz səs toplamalıdır.

Politoloqların proqnozlarına görə, seçkilərdə ən böyük uğuru keçmiş baş nazir Robert Fikonun rəhbərlik etdiyi “İstiqamət – Sosial Demokratiya” partiyası əldə edə bilər. Lakin seçici sorğularından belə çıxır ki, bu partiyatəkbaşına yeni hökumət qurmaq üçün parlamentdə çoxluq əldə edə bilməyəcək və effektiv hökumət koalisiyası yaratmaq üçün orada tərəfdaşlar axtarmağa məcbur olacaq.

Seçkinin nəticələri bazar günü məlum olacaq.

Səid Əhmədli
Gununsesi.info