Slovakiyalı səfir 9 may Qələbə paradında iştirak etdiyi üçün istefa verməli oldu

  • By admin
  • 14 May 2020 20:14

Slovakiyanın Belarusdakı səfiri Yozef Miqaş Minskdə mayın 9-da Qələbə günü paradında iştirak etdiyi üçün istefa verməli olub.

Gununsesi.org xarici mediaya istinadən xəbər verir ki, buna səbəb kimi Miqaşın paradda iştirak edəcəyi ilə bağlı qabaqcadan mərkəzi aparata məlumat verməməsi göstərilir. Belə ki, səfir kommunikasiya qaydalarını pozduğu üçün istefa verib və onun istefası Bratislavada qəbul edilib.

Miqaş isə paradda iştirakını belə əsaslandırıb ki, onun atası partizan və antifaşist olduğu üçün prinsipial olaraq bu addımı atıb.

 

 

Gununsesi.org