Slovakiyanın baş naziri Ukraynaya hərbi yardımı istisna edir

  • By admin
  • 05 Dekabr 2023 12:47

Slovakiyanın yeni baş naziri Robert Fiko Ukraynaya hərbi yardımı istisna edib.

Gununsesi.info bildirir ki, bu barədə “Delfi” onlayn xəbər nəşri məlumat yayıb.

Qeyd edilib ki, Fiko ilk dəfə olaraq ukraynalı həmkarı Denis Şmıqalla telefon danışığı aparıb, həmsöhbətlər humanitar əməkdaşlıqdan danışıblar.

Slovakiyanın baş naziri aydınlıq gətirib ki, o, Ukraynaya “dövlət anbarlarından və ordudan silah və sursat tədarükünü istisna edir”.

Hər iki baş nazir söhbətin nəticələri ilə bağlı “Facebook”da yazılar dərc edib.

Fiko bildirib ki, o, Ukraynadakı münaqişənin hərbi yolla həllinə inanmır, “çünki bu, nəticəsiz lazımsız qan tökülməsinə gətirib çıxarır”.

Hökumət başçısı əlavə edib ki, Slovakiya Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoymağa davam edəcək.

Bununla yanaşı, Slovakiya Ukraynaya minatəmizləmə işində kömək etməyə, bunun üçün xüsusi avadanlıq təqdim etməyə, həmçinin enerji sektorunda əməkdaşlıq etməyə və humanitar yardım göstərməyə hazırdır, – Fiko bildirib.

Baş nazir həmçinin qeyd edib ki, Bratislava Qərbi Balkan ölkələri ilə birlikdə Ukrayna və Moldovanın Avropa perspektivini dəstəkləyir.

O, Şmıqalla 2024-cü ilin əvvəlində Slovakiya-Ukrayna sərhədində görüşməyə razılaşdığını bildirib: “Görüşün mövzusu bu sahələrdə əməkdaşlıq olacaq”.

Şmıqal yazıb ki, Ukrayna yaxın vaxtlarda ümumi keçid məntəqələrində nəzarətə dair hökumətlərarası saziş bağlamağı gözləyir.

Onun sözlərinə görə, söhbət zamanı ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri müəyyən edilib.

“Kiyev Slovakiya şirkətlərinin Ukraynanın yenidən qurulmasının müxtəlif sahələrində iştirakına ümid edir”, – deyə Şmıqal qeyd edib.

Gununsesi.info