Slovakiyaya məxsus “MiQ-29” qırıcısı qəzaya uğrayıb

  • By admin
  • 29 Sentyabr 2019 12:31

Slovakiyanın Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29” qırıcısı ölkənin qərbində, Nitryanskda, Zlate-Moravse şəhəri yaxınlığında qəzaya uğrayıb.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyinin nümayəndəsi Danka Sapakova bildirib.

“Zlate-Moravse şəhəri yaxınlığında “MiQ-29″ qəzaya uğrayıb, pilot katapulta vasitəsilə xilas olub”, – deyə o bildirib.

Qeyd edilir ki, təyyarə şənbə günü axşam, təlim uçuşu zamanı qəzaya uğrayıb. İkinci qırıcı isə yerə enib.

Hadisə yerinə ölkənin müdafiə naziri Peter Qaydoş gəlib. Pilotun taleyi hələlik naməlumdur.

 

 

Gununsesi.org