Sloveniyada prezident seçkilərinin ikinci turu başladı

Sloveniyada prezident seçkilərinin ikinci turu başlayıb. Yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 10:00) ölkə üzrə 3 000-dən çox seçki məntəqəsi açılıb.

Gununsesi.info xəbər verir ki, prezident seçkilərinin ikinci turuna iki namizəd çıxıb: ölkənin keçmiş xarici işlər naziri, Sloveniya Demokratik Partiyasından olan deputat Anje Loqar və bitərəf namizəd, hüquqşünas Nataşa Pirts-Musar.

HTML tutorial

Sloveniya Mətbuat Agentliyinin Valikon bazar araşdırması şirkəti tərəfindən noyabrın 9-dan 11-dək 1 860 nəfərin iştirak etdiyi ictimai rəy sorğusunun nəticələrinə istinadən verdiyi məlumata görə, Pirts-Musar seçicilərin 56 faizinin dəstəyinə ümid edə bilər, Loqar isə seçkilərdə 44 % səs toplaya bilər.

Seçki məntəqələri saat 19:00-da (Bakı vaxtı ilə 22:00) bağlanacaq.

Gununsesi.info