Sloveniyanın ədliyyə naziri istefa verib

Sloveniyanın ədliyyə naziri Dominika Şvarts istefa verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Sloveniya Mətbuat Agentliyi məlumat yayıb.
Dominika Şvarts bu yaxınlarda Lyublyananın şərqində məhkəmə binalarının satın alınması ilə bağlı iddiaların mərkəzində olub.
Nazir məsuliyyəti öz üzərinə götürdüyünü dəfələrlə vurğulasa da, aldadıldığı əqdin halları aydınlaşana qədər vəzifəsində qalmasını istəyib.
Siyasətçi sonuncu görüşü zamanı Baş nazir Robert Qoloblaya istefası barədə ərizəni təqdim edib və vəziyyət aydınlaşana qədər nazir vəzifəsində qalmaq istədiyini vurğulayıb.
Gununsesi.info