Smart saat modelə sevgilisinin xəyanətini aşkarlamağa kömək etdi

  • By admin
  • 19 Dekabr 2019 12:38

“Instagram” bloqeri Neylin Eşli “Apple Watch”un köməyi ilə sevgilisinin xəyanətini aşkar edib.

Bu barədə “Mirror” xəbər verib.

Eşli üç il oğlanla görüşüb. Dediyinə görə, onu çox sevib, amma qarşılığında oxşar hisslər görməyib.

“Heç vaxt onunla özümü təhlükəsizlikdə hiss etməmişdim və o, heç vaxt məni qiymətləndirməyib”, – deyə qız bildirib.

Model sevgilisi tərəfindən aldadıldığından şübhələnib, ancaq bunun üçün əlində dəlil olmayıb.

Bir gün qız görüb ki, oğlanın “Apple Watch” saatı vibrasiya edir. Sevgilisinin evdə olmadığından istifadə edən bloqer saatın ekranına baxıb və orada müxtəlif qızlardan ismarıclar görüb, onun başqa qadınlarla görüşdüyünü öyrənib. Bunu sevgilisinə dedikdən sonra ondan ayrılıb.

Ayrılmağına baxmayaraq, model özünü yaxşı hiss etdiyini deyib.

Xəbər Oxu.az saytında dərc edilib.

Gununsesi.org