Smartfonla işləyən ilk süni mədəaltı vəz yaradılıb

  • By admin
  • 17 Sentyabr 2016 20:21

mada

Kembric Universitetinin alimləri “Android” mobil əməliyyat sistemli smartfon vasitəsilə çalışan ilk süni mədəaltı vəz yaradıblar.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, bu barədə “Popmech” saytı məlumat yayıb.  Sayt xəbər verir ki, bu cihaz şəkər xəstəliyindən əziyyət çəkən insanların qanındakı qlükozanın miqdarını ölçmək üçün nəzərdə tutulub. Süni mədəaltı vəz insulin nasosu, qlükometr və qəbuledicidən ibarətdir. Belə ki, qlükometr qandakı şəkərin miqdarını real vaxtda ölçür, nasos isə zərurət olduqda lazımı insulin miqdarını ifraz edir. Nəticədə şəkər xəstəliyindən əziyyət çəkən insanlar qlükozanın miqdarını ölçərək insulinin miqdarını təyin etməkdən azad olacaqlar. Həmçinin bu sistem hətta xəstə yatdığı zaman belə dayanmadan çalışa bilər.

Qurğunun gələn il təqdim olunacağı nəzərdə tutulur.

Gununsesi.info