
Mobil telefonlarımızın enerjisinin sürətlə bitməsinə aşağıdakı 6 əsas faktor səbəb olur:
Ekran – Ekran parlaqlığı artdıqca telefonların enerji istifadəsi də artır
Səs – Xüsusilə telefonlarımızda istifadə olunan tətbiqlərin səs səviyyələrinin yüksək həddə saxlanılması telefonun enerji istifadəsini artırır.
Temperatur – Mühit temperaturu artdıqca telefon batareyaları daha sürətlə zəifləyir.
Toz – Telefon batareyamızın telefona enerji verən uclarındakı toz və çirk batareya performansını aşağı salır.
Vibrasiya – Vibrasiya özəlliyinə həqiqətən də ehtiyacımız yoxdursa bağlamalıyıq. Telefonlar titrəyən zaman xeyli enerji itirirlər.
İnternet – Parkda gəzərkən və ya harasa tələsərkən interneti açıq saxlamaq həm mənasız, həm də enerji israfı baxımından artıq hərəkətdir. Buna evdə vacib bir işin ucundan tutarkən yanılı qalan Wi-Fi çıxışı da daxildir
Gununsesi.info