SMS-icazəyə limit qoyulması müzakirə olunacaq

  • By admin
  • 30 İyun 2020 19:37

“SMS-icazəyə limit qoyulması ilə bağlı qərar tibbi qərargahda deyil, operativ qərargahda qəbul olunmuş qərardır və yəqin ki, bunun müzakirəsi olacaq”.

Gununsesi.org xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib:

“Xüsusi karantin rejiminin tətbiq olunmasında məqsəd insanların bir-biri ilə təmasının azaldılmasıdır. Bizim məqsədimiz xəstəliyin yoluxma zəncirinin qırılmasıdır. Ona görə bu tədbirlər görülür”.

 

Gununsesi.org