XƏBƏR LENTİ

15 Dekabr 2017

21 Noyabr 2017 - 20:08

Sobçak Putinin səlahiyyətlərinin məhdudlaşdırılmasını tələb edir

Gununsesi.info xəbər verir ki, prezident seçkilərində namizədliyini irəli sürməyə hazırlaşan qalmaqallı teleaparıcı Kseniya Sobçak prezidentin səlahiyyətlərini məhdudlaşdırmaqla Rusiyanın parlament respublikasına keçirilməsini təklif edib.

“Şəxsən mən özüm hakimiyyətə gələcək növbəti şəxsdən, hazırda qeyri-legitim olan Dövlət Dumasını buraxmağı, daha sonra isə parlamentin rolunu gücləndirməklə prezidentin səlahiyyətlərinin azaldılmasını tələb edərdim”, – deyə Sobçak bildirib.

Xatırladaq ki, Kseniya Sobçak Rusiyada keçiriləcək 2018-ci il prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib.

Gununsesi.info