

SOCAR-ın tabeçiliyində olan Geofizika ve Geologiya İdarəsi işçilərin hüquqlarını və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 102, 169 və 95-ci müddəalarını kobud surətdə pozur.
Bu barədə Gununsesi.info-ya məlumat Neftçilərin Hüquqlarının Müdafə Təşkilatından verilib.
Təşkilatdan verilən məlumatda bildirilib ki, SOCAR-ın strukturuna daxil olan bəzi idarə və müəssisələrin, o cümlədən Geofizika ve Geologiya İdarəsinin Personal və Əmək haqqı şöbəsi işçiləri tərəfindən Əmək Məcəlləsinin 102, 169və 95-ci maddələri pozulur.
Yaranmış vəziyyətlə bağlı Gununsesi.info-ya açıqlama verən təşkilatı rəhbəri Mirvari Qəhrəmanlı deyib ki, yəni idarə tərəfindən əmək müqaviləsi ilə 12 saatlıq iş rejimində işləyən işçilərə 8 saatlıq rejimində iş günlərinin yazılır ki, bu da Əmək Məcəlləsinin və Əmək müqaviləsinin qeyd olunan tələblərinin kobud surətdə pozulması deməkdir.
“Belə ki, Geofizika ve Geologiya İdarəsi işçi ilə bağlanmış Əmək müqaviləsində işçiyə 12 saatlıq iş rejimi təyin etdiyindən ona 8 saatlıq iş rejiminə uyğun əməkhaqqı verə və ona bu tarifi tətbiq edə bilməz. Hətta boşdayanma halları olsa belə… Göstərilən halda işçinin tabelində, ümumi iş vaxtı 12 saat göstərilməli, nahar fasiləsi çıxılmaqla 12 saat üçün əmək haqqı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsində göstərilən qaydada 3/2 hissə ilə ödənilməlidir”-deyə, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı deyib.
Onun sözlərinə görə, bundan əlavə işçilərin istirahət hüquqları da pozulmuş olur: “Belə ki, dənizdə 7 günlük və ya 15 günlük iş rejimində işləyən işçilər, aylıq normanı 15-6 günə yığdıqlarından, ayın digər 15-16 gününü istirahət edirlər. 8 saatlıq iş rejimində işləyən işçilər isə 20-22 gün dənizdə olmaqla, məcburi olaraq dənizdə işləyəcək, dincəlmələri üçün isə 8-10 gün vaxtları olacaq. Qeyd olunan iş rejimində işləmək, eyni zamanda işəgötürən üçün də maliyyə və digər səbəblərdən də uyğun deyil. Əgər Əmək müqavilədə 12 saatlıq iş rejimi göstərilibsə, bu artıq öhdəlikdir və işçilər həmin müddətdə işləməli və əmək haqqı almalıdır, lakin əgər işçilər 8 saatlıq iş rejimində işləyirlərsə və bu Əmək müqaviləsində bu vaxt təyin edilibsə, o zaman 8 saat boşdayanma kimi göstərilə bilər.
Əgər işçi 12 saatlıq iş rejimində işləyirsə və işəgötürənin işi yoxdursa və ya 8 saat işləyirlərsə, bu zaman 8 saat tam, yerdə qalan 4 saata görə əmək haqqı ən azı 3/2 hissə ilə əmək haqqı ödənilməlidir.
Hətta, 12 saatlıq iş rejimində işləyən işçilərə, boşdayanma üçün əmək haqqı 8 saat tam yazmaqla, digər 4 saatın da nəzərə alınmaması qanuni deyil, istənilən halda iş tabelində işçinin ümumi iş vaxtı istər işlədiyi, istərsə də boşdayanma üşün 12 saat göstərilməlidir”- deyə, o bildirib.
Mürtəza
Gununsesi.info