SOCAR əməkdaşları iş zamanı xəsarət aldı

  • By admin
  • 28 İyun 2017 19:50

2016-02-12-20-27-00socar

 
Bu gün saat 13.50 radələrində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin əməkdaşları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirib, 34 saylı meydançanın ayağına toxunub.

Report SOCAR-a istinadən xəbər verir ki, nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım maşınları ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

 

Gununsesi.info