SOCAR 422 məscidə qazı pulsuz verəcək

  • By admin
  • 11 Aprel 2017 15:06

qaz1

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində bu ilin yanvar -mart ayları ərzində İB-də əhali sektoru üzrə 27 554 yeni abonent qeydiyyata alınıb ki, bunun da 12 570-i Bakı, Abşeron və Sumqayıt, 14 984-i isə regionlar üzrədir.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info verilən məlumata görə, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 036 014-ə çatıb.

Aprelin 1-nə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 422 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.