
2016-cı ilin yanvar-iyul aylarında 125 yaşayış məntəqəsinə təbii qaz verilib. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi məqsədi ilə cari ilin yanvar-iyul ayları ərzində 6681,2 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb.
SOCAR-dan Gununsesi.info-ya verilən məlumata görə, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 197,5 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-iyul aylarında 125 yaşayış məntəqəsi qazlaşdırılıb.
Anar
Gununsesi.info