SOCAR avqustda ixrac etdiyi neft məhsullarının həcmini və qiymətlərini açıqlayıb

  • By admin
  • 05 Sentyabr 2017 19:58

socarr

 

SOCAR avqust ayında ixrac etdiyi neft məhsullarının həcmini və qiymətlərini açıqlayıb.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin avqust ayında 15 min 332 ton dizel yanacağı, 118 ton soba mazutu, 2 min 73 ton yüksək təzyiqli polietilen, 1 min 811 ton mütləqləşdirilmiş izopropil spirti, 9 min 595 ton maye piroliz qətranı, 3 min 990 ton propilen və 4 min 639 ton butilen butadien fraksiyası ixrac edib.

Ümumilikdə, 2017-ci ilin yanvar-avqust ayları ərzində 363 min 512 ton dizel yanacağı, 26 min 54 ton təyyarə yanacağı, 236 ton soba mazutu, 56 min 244 ton yüksək təzyiqli polietilen, 8 min 217 ton mütləqləşdirilmiş izopropil spirti, 46 min 873 ton maye piroliz qətranı, 28 min 653 ton propilen və 21 min 17 ton butilen butadien fraksiyası ixrac edilib.

Bu ilin avqust ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 548,55 ABŞ dolları, təyyarə yanacağının – 505,99 dollar, dizel yanacağının – 460,64 dollar, 1 faizli kükürdlü mazutun – 296,72 dollar, yüksək təzyiqli polietilenin – 1190 dollar, butilen butadien fraksiyasının – 557,73 dollar, maye piroliz qətranının – 548,55 dollar, propilenin qiyməti – 790 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti – 1390 avro təşkil edib.

 

Gununsesi.info