SOCAR “Azəriqaz” İstehsalat Birliyində 20 sentyabr Neftçilər Günü münasibətilə tədbir keçirilib.
Gununsesi.info xəbər verir ki, tədbirdə çıxış edən Birliyin rəhbər şəxsləri qeyd ediblər ki, Azərbaycanın neft-qaz sənayesi işçiləri Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə qeyd olunan Neftçilər Günü – peşə bayramını hər il olduğu kimi bu il də yüksək əmək nailiyyətləri ilə qarşılayırlar.
Çıxış edənlər tutarlı arqumentlərlə bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən yeni strategiya neft-qaz sənayesinin sürətli inkişafına mühüm töhfələr verir. Görüşdə ötən dövr ərzində görülən işlərdən, gələcək planlardan və əldə olunmuş nailiyyətlərdən də danışılıb.