SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları davam edir

  • By admin
  • 17 Sentyabr 2022 17:57

Növbəti həftə (19-22.09.2022 tarixləri) daha 4 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Ağdaş rayonunda (Habil Əliyev adına musiqi məktəbi), 2-ci günü saat 15:00-dan 16:00-dək Qax rayonunda (Heydər Əliyev Parkı), 3-cü günü saat 11:00-dan 12:00-dək Zaqatala rayonunda (Mədəniyyət Evinin qarşısı), 4-cü günü saat 11:00-dan 12:00-dək Balakən rayonunda (Heydər Əliyev Mərkəzi) isə baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Gununsesi.info