SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları davam edir

  • By admin
  • 06 Avqust 2022 12:55

Növbəti həftə (08-12.08.2022 tarixləri) daha 1 şəhər və 4 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Aksiya həftənin 1-ci günü saat 14:00-da Füzuli rayonunda (Heydər Əliyev Mərkəzi), 2-ci günü saat 14:00-da Beyləqan rayonunda (Gənclər Mərkəzinin yanı), 3-cü günü saat 11:00-da Bərdə rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü saat 14:00-da Mingəçevir şəhərində (Gənclər Mərkəzinin yanı), 5-ci günü saat 14:00-da isə Zərdab rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Gununsesi.info