Bakı. 2 avqust.Gununsesi.info/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 2016-cı ilin iyul ayı ərzində 8 401 metr qazma işi həyata keçirilib.
Gununsesi.info SOCAR-a istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.
Ötən ay həyata keçirilən qazma işlərinin həcmi illik müqayisədə 8,6% az olub.
Ümumiyyətlə, 2016-cı ilin yanvar-iyul aylarında SOCAR üzrə (MM və ƏŞ-lər istisna olmaqla) 61 681 metr (illik 1,5% azalma) qazma işi görülüb ki, bunun da 60 464 metri istismara, 1 217 metri isə kəşfiyyata aid olub.
Bundan əlavə, iyul ayı ərzində qazmadan alınmış 9, ilin əvvəlindən isə 35 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Gununsesi.info