
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) əməyin mühafizəsinə ayırdığı xərclər artıb.
Gununsesi.info ARDNŞ-in 2016-ci il üzrə Davamlı İnşkişaf Hesabatına istinadən bildirir ki, 2016-ci ildə bu xəcrlər 2.2 milyon manat təşkil edib. Bu da 2015-ci illə müqayisədə 1.6 faiz artım deməkdir.
Xərclərin sturkturuna gəlincə;
– əmək şəraitinin yaxşılaşdırılmasına 14.4 milyon manat.(2015-ci illə müqayisədə 10 faiz azalma)
– xüsusi geyim və fərdi mühafizə vasitələrinə 6.4 milyon manat (2015-ci illə müqayisədə 2 dəfə çox)
– süd təchizatına 1 milyon manat
– digər xərclər 208 min manat
Xərclərin artmasına baxmayaraq bədbəxt hadisələrin sayında mühüm nəticə əldə olunmayıb. Belə əgər 2015-ci ildə belə hadisələri sayı 9 olubsa, 2016-ci ilə 11 bədbəxt olay baş verib. Ötən il bədbəxt hadisədə olüm hallarının sayı 5, itkin düşənlər isə 1 nəfər təşkil edib.
SOCAR-da son iki ildə işçilərin sayının da 4 min nəfər və ya 7.2 faiz azaldığını görmək olur. Belə ki, SOCAR-in Azərbaycanda yerləşən bütün idarə və müəssisəslərində çalışan işçilərin sayı 2014-ci il də 54.7 min nəfər, 2015-ci ilə 52.1 min nəfər, 2016-ci ildəisə 50.7 min nəfərə təşkil edib. Ümumiyyətlə, beynəlxalq audit şirkətlərinin tövsiyyələrinə əsasən, ARDNŞ işçilərin sayında ciddi islahatlar aparmalıdır. Məhz bu səbəbdən “optimallaşma” adı altında SOCAR-dakı ixitsarların artacağı qarşıdakı illərdə də gözlənilir.
Vüsalə
Gununsesi.info