Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

22 Fevral 2018
21 Fevral 2018

13 Fevral 2018 - 10:24

SOCAR-dan vətəndaşlara xəbərdarlıq- EYNİ MƏZMUNLU MÜRACİƏTLƏRİ TƏKRARLAMAYIN
“Ölkəmizin infrastrukturuna daxil olan digər qurumlarda olduğu kimi, SOCAR-ın İnsan Resursları Departamenti də Əsasnaməsində müəyyən edilmiş funksiyalarına uyğun vəzifələri həyata keçirir ki, bu vəzifələrdən biri də vətəndaşlardan daxil olan müraciətlərə mahiyyəti üzrə baxılması və vətəndaşların qəbuludur. Bu zamana qədər 47238 nəfər vətəndaş müxtəlif şəxslər, qurumlar vasitəsi ilə və yaxud da birbaşa məktubla müraciət etmiş, 11009 nəfər vətəndaş isə Departamentdə təşkil edilən qəbullarda iştirak edib”.
Bunu Gununsesi. info-ya açıqlamasında SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli deyib
Onun sözlərinə görə, məsələ burasındadır ki, müraciətlərdə və vətəndaş qəbullarında qaldırılan məsələlərin 90%-nin SOCAR-da işə qəbulla bağlı olur. “Bu müraciətlər vətəndaşlarımızın təkcə özlərinin deyil, eyni zamanda müraciət etdikləri digər qurumlarla yanaşı, SOCAR-ın da resurs və zaman baxımından izafi və nəticəsiz fəaliyyətinə səbəb olur. SOCAR-da müsabiqə yolu ilə elan edilmiş vakansiyalara işə qəbul yalnız həmin vakansiyanın tələblərinə cavab verən vətəndaşlara şəffaf və obyektiv şəraitin yaradılması təmin edilməklə həyata keçirildiyi üçün müraciət edən vətəndaşlara cavablarımız da bu məzmunda olur”- deyə, departament rəisi vurğulayıb.
A.Bəkirli əlavə edib ki, hətta bəzən eyni vətəndaş tərəfindən eyni məzmunlu müraciətlərin dəfələrlə təkrarlandığını da nəzərə alaraq qeyd edilən məsələni daha aydın təsəvvür etmək mümkündür: “Bu baxımdan bir daha bildiririk ki, bütün qurumlarda olduğu kimi SOCAR-da da mütəmadi olaraq struktur dəyişiklikləri və optimallaşdırma aparılsa da, müxtəlif səbəblərdən daima müvafiq vakansiyalar da yaranır və bu vakansiyalar demək olar ki, ixtisas və peşələrin 90%-ni özündə ehtiva edir. 

Bu vakansiyalarda iştirak etmək və işə qəbul olunmaq üçün isə yalnız elektron qaydada müraciət etməklə müsabiqə mərhələləri olan ilkin sənəd seçimi, test və müvafiq olaraq peşə sınağı və yaxud da müsahibədən keçmək, daha sonra iş yeri ilə tanışlıq, ən nəhayət Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq tələb edilən sənədləri təqdim etməklə işə qəbul prosesinin rəsmiləşdirilməsidir. Hesab edirik ki, fəaliyyətimiz dövründə müsabiqə proseslərində iştirak etmiş vakansiyanın tələblərinə cavab verən heç kim kənarda qalmamış, cavab verməyənlər isə işlə təmin edilməyib. Yuxarıda qeyd edilənləri nəzərə almaqla mütəmadi olaraq socar.az saytına daxil olmaqla sağ küncdə “karyera”-ya, oradan isə “işə qəbul” bölməsinə keçid etməklə, vakansiyalara müraciət etmək lazımdır.
Mürtəza
Gununsesi.info