SOCAR-dan Xaliq Məmmədov AÇIQLAMASI

  • By admin
  • 11 Yanvar 2017 18:21

xaliq

Bu gün bir sıra elektron Kütləvi İnformasiya Vasitələrində SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun istintaqa cəlb olunması ilə bağlı məlumat yayılıb.

Gununsesi.info Qafqaz.info-ya istinadən xəbər verir ki, bu haqda SOCAR-ın mətbuat xidmətinin verdiyi açıqlamada bildirilir ki, bu məlumat tamamilə əsassızdır: “SOCAR-ın heç bir vitse-prezidenti heç bir cinayət işi üzrə istintaqa cəlb edilməyib. Bildiririk ki, həqiqətə uyğun olmayan məlumatlar yayan sayt rəhbərlərini Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq məsuliyyət daşıyırlar”.

Gununsesi.info