
29 may 2017-ci il tarixində Azərbaycan Dövlət Neft Şirkəti və onun törəmə müəssisələri 34 milyon ABŞ dolları məbləğində ödənişlə SOCAR Energy Georgia-da 16.34 faiz səhmlər alıb.
Gununsesi.info xəbər verir ki, bu haqda SOCAR-ın maliyyə hesabatında bildirilir.
Hesabata görə, bununla ARDNŞ-ın SOCAR Energy Georgia-da nəzarət payı 51 faizdən 67.34 faizədək artıb.
Bundan əlavə, SOCAR Petkim Petrokimya Holding A.Ş-dəki payının 1.32 faizini satıb. Beləliklə, 8 mart 2017-ci il tarixində 88 milyon TL məbləğində ödənişlə şirkətin Petkim Petrokimya Holding A.Ş-də nəzarət payı 52.32 faizdən 51 faizədək azalıb.
Vüsalə
Gununsesi.info












