“SOCAR”-ın müəssisəsində aksiya - 2000 İŞÇİYƏ MAAŞ VERİLMİR

  • By admin
  • 19 Aprel 2018 16:15
“SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri əmək haqlarının gecikməsinə görə, etiraz aksiyası keçirirlər.
Gununsesi.info xəbər verir ki, unikal.org-a daxil olan məlumata görə, bugün “SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt Kimya Sənaye Parkında 2000-nə yaxın işçi maaş tələbiylə etiraz aksiyası keçirib.
Aylardır ki, əmək haqqı ala bilməyən işçilər şirkət rəhbərliyindən maaş problemlərinin həll edilməsini tələb ediblər.
Xatırladaq ki, “SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyəti özünü Azərbaycanın neft-kimya sənayesinin inkişafında mühüm rol oynayan aparıcı şirkət sayır.
Gununsesi.info