SOCAR-ın öhdəlikləri 35.3 milyarda çatıb 

  • By admin
  • 07 İyul 2017 16:42

socaR-111585

Azərbaycan Dövlət Neft Şirkətinin 2016-ci il üzrə mənfəəti 350 milyon manata olub.

Gununsesi.info bunu “İnterfaks”a istinadən xəbər verir.

Məlumatda qeyd edilir ki, SOCAR  2015-ci ildə 1.7 milyard manat zərərlə başa vurmuşdu.

Neft Şirkətinin kosalidasiya edilmiş hesabatına görə, ötən il  51.9 milyard manatlıq gəliri olub. Əməliyyat fəaliyyətdəki gəliləri 47.3 faiz artaraq 1.8 milyard manat təşkil edib.  Azərbaycanın dövlət büdcəsinə ödədiyi gəlir vergisinin həcmi 2.9 dəfə artaraq 586 milyon manat olub. SOCAR-ın aktivləri 20.8 faiz artaraq 53.7 milyard manata olub.

Bunlarla yanaşı, Dövlət Neft Şirkətinin öhdəlikləri də kəskin artıb.Belə ki, ötən il öhdəliklər 40 faiz artaraq 35.3 milyard manata çatıb.

Vüsalə

Gununsesi.info