SOCAR-ın qaz hasilatı niyə azalıb? - SOCAR-IN VİTSE-PREZİDENTİNDƏN ŞOK AÇIQLAMA

  • By admin
  • 04 Noyabr 2016 17:04

 

rehman

«Bu ilin 9 ayında “Azəri-Çıraq-Günəşli” yataqlarından Azərbaycana verilən səmt qazının həcmi 1,98 mlrd kubmetr təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu həcm 700 milyon kub metrdən çox azalıb”.

Gununsesi.info xəbər verir ki, bunu Natural Gas World jurnalına müsahibəsində SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov bildirib.

R.Qurbanov qeyd edib ki, azalmanın səbəbi AÇG-dəki neft quyularına daha çox səmt qazı vurmaq hesabına daha çox neft əldə etmək idi: “Konsorsium bu işin öhdəsindən gəlib. Belə ki, 9 ayda 23,76 mln ton neft hasil edib ki, bu da ötən ilin müvafiq dövrü ili müqayisədə 190 min ton çoxdur”.

Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatın pik səviyyəsi 2010-cu ildə qeydə alınmışdı– gündəlik 823,1 min barel və ya illik 40,6 mln ton. Ondan sonra hasilat daim azalırdı. Nəhayət, BP və tərəfdaşları 2016-cı ildə ilk dəfə olaraq, az da olsa, artırmaq imkanı qazanıblar. Və bu məsələdə qaz faktorunun böyük rolu var.

Qurbanovun sözlərinə görə, cari ilin doqquz ayında “Şahdəniz” qazyatağından isəyerli bazara 2,64 mlrd kubmetr qaz alınıb: “ Bu, “Şahdəniz”in “Mərhələ-1” layihəsi çərçivəsində hesabat dövründə satışa çıxardığı həcmlərin 32,9%-ni təşkil edib. Məhz bu səbəbdən də cari ilin iyunundan Dövlət Neft Fonduna Azərbaycanın payına düşən mənfəət qazı daxil olmur. Azərbaycan ona çatacaq mənfəəti “Şahdəniz-1”-dən qazın alınması iləəvəzləyir”.

Bundan əlavə SOCAR-ın öz balansında olan yataqlarından hasil etdiyi əmtəəlik qaz hasilatı (“400 mln kub metr azalaraq 4,22 mlrd kubmetr təşkil edib.

“Bunun obyektiv səbəbləri var. Belə ki, 2015-ci ilin dekabrında “Günəşli” yatağında 10 N-li platformadakı qəza nəticəsində  hasilat tam dayandırılmışdı. Platformanın bərpası və yenidən işə salınması yalnız iyul ayında baş verdi, ancaq hasilatın tam bərpası gələn ilə təsadüf  edəcək. Həminplatformadanisəgündəlikolaraq 1 milyonkubmetrqazhasiledilirdi.

Bundan əlavə SOCAR-da əmtəəlik qaz hasilatının azalmasına təsir edən başlıca səbəb istifadədə olan yataqların və layların “qocalmasıdır”. Düzdür, son illər SOCAR “Ümid” kimi iri yataq aşkar edib, “Bulla-dəniz” yatağının dərin qatlarında iri həcmli qaz layı tapıb. Hazırda onların mənimsnilməsi üçün quyuların qazılması prosesi gedir, hasilatın stabilləşməsi, daha sonra artımı üçün isə zamana ehtiyac var”, -deyə Qurbanov izah edib.

VüsaləRüstəmova

Gununsesi.info