SOCAR-ın səhmləri satışa çıxarıla bilər - Natiq Əmirov

  • By admin
  • 16 Sentyabr 2016 12:30

natiq-amirov

SOCAR-ın səhmləri satışa çıxarıla bilər.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, bunu Bakıda keçirilən SOCAR istiqrazlarının təqdimat mərasimində Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov  deyib.

“Bilirsiniz ki, dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı ölkə başçısının müvafiq tapşırığı var. Dövlət müəssisələrinin gələcəkdə səhmlərinin müəyyən hissəsinin azad bazara çıxarılması baş tuta bilər. Lakin bunun üçün şirkətlərin görəcəyi bir çox işlər var ki, bunlardan əsası korporativ idarəetmə standartlarının tətbiqi, şəffaflığın artırılması, maliyyə açıqlığının təmin olunması. SOCAR bu gün bu standartlara cavab verir. Buna görə, bir gün SOCAR səhmlərinin müəyyən hissəsini satışa çıxara bilər. Lakin digər şirkətlər hələlik buna hazır deyil”, – deyə o bildirib.

Gununsesi.info