SOCAR-ın vitse-prezidentindən xəbərdarlıq: “DƏLƏDUZLARA İNANMAYIN!”

  • By admin
  • 24 İyul 2017 12:58
xaliq
SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov  bəzi “işbazların” vətəndaşları aldadaraq SOCAR-da işə düzəltməsi ilə bağlı  məsələyə aydınlıq gətirib.
Gununsesi.info xəbər verir ki,  məsələyə aydınlıq gətirən SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov  deyib ki, şirkətə işə düzəlməklə bağlı mən və  şirkətin İnsan resursları departamentinin rəisi Asif Bəkirli dəfələrlə mətbuatda və sosyal şəbəkələrdə ictimaiyyəti bilgiləndirmişik: “Bu bilgiləndirməyə  baxmayaraq, görünür ki,  hələ də bəzi insanlar digər aldananların acı təcrübələrindən dərs almayıblar. Ona görə də bir daha yazıram:
SOCAR da işə qəbul olunmaq üçün heç bir vasitə və ya vasitəçi axtarmaq, qohum  və ya tanış tapmaq lazım deyil. Yetər ki, elan olunmuş vakansiya şərtlərinə uyğun biliyin, bacarığın olsun və müsahibə zamanı bildiyini tam təqdim edə biləsən. Bu qədər sadə, bu qədər asan və tam şəffaf…”
Vitse-prezident əlavə edib ki, bütün bunlara rəğmən yenə də hardansa bir dələduzu tapıb, onun şirin dilinə aldanıb varını yoxunu verəsən ona ki, SOCAR-a işə düzələcəyəm,  bu mümkün deyil və necə də ki,  olmur: “Sonra da yazırlar ki, aldanmışam, evimi yıxmışam, borc almışam və daha nələr yazmırlar. Bütn bunları ürək ağrısız oxumaq olmur… Əlbətdə  biz də bu məktubları aidiyyatı üzrə hüquq mühafizə orqanlarına göndəririk. Çox vaxt dələduzlar məsuliyyətə cəlb olunurlar. Buna baxmayaraq zərər çəkmiş insanların haqqları qaytarılırmı?  Bəs əsəb gərginliyi, itirilmiş vaxt, vəsait, nüfuz…”
X. Məmmədov onu da əlavə edib ki, bu azmış  hələ bir DƏLƏDUZLAR öz məqsədlərinə çatmaq üçün həyasızcasına təmiz, vicdanlı, zehmətkeş və ictimaiyyətdə nüfuz sahibi olan vəzifəli şəxslərin adına xələl gətirəcək yollara da əl atırlar: “İnsanları aldatmaq üçün filankəsin qohumuyam, filankəsin qonşusuyam, filan vəzifəli şəxsin kəndçisiyəm deyibən “qurbanlarını” seçirlər. Və nəicədə acı sonlulq bitir. Yalana inanmazdan qabaq soruşan yoxdur ki, sən o filankəsin vasitəsi ilə bir adamı işə düzəldə bilmisənmi?  Odur ki, aldadan cinayət törədir, aldanan da günahsız deyil. Onun da məsuliyyəti var. Odur ki, belə məsələlərdə diqqətli və ehtiyatlı olmaq lazımdır”.
SOCAR İnsan resursları departamentinin rəisi Asif Bəkirli isə hesab edir ki, bu kimi hallara qarşı hüquq mühafizə orqanlarının iştirkaı ilə  xüsüsi əməliyyatlar təşkil edilməli  və bu “dəllallar” ifşa edilməlidir: “Çünki bu dəllallar daima fəaliyyətdədirlər və ifşası da elə də çətin deyil. İfşa olunan “dəllallar”ın kimliyi  isə KİV vasitəsi ilə  cəmiyyətə çatdırılmalıdır”.
Mürtəza
Gununsesi.info