SOCAR-ın zavodları üçün kadr hazırlayan Mərkəzdən – VİDEOREPORTAJ

  • By admin
  • 07 Yanvar 2020 14:59

Son illərdə Azərbaycanda neft-kimya sənayesinin sürətli inkişafı və yeni zavodların inşa olunması ilə yaranan ixtisaslaşmış kadr tələbatının ödənilməsi kadrların hazırlığını labüd edib. Sənaye üçün tələb olunan peşəkar kadrların hazırlığını isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzi həyata keçirir. Bu mərkəz əsasən kimyaçılar üçün nəzərdə tutulub və Sumqayıtda yerləşən SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin, Karbamid və “SOCAR Polymer” zavodlarının kadr hazırlığı ehtiyaclarını ödəyir.

Burada təhsil alan şagirdlər Sumqayıt şəhəri və Abşeron rayonunda qeydiyyatda olanlardır. Müvafiq imtahandan keçərək qəbul olunan şagirdlər 10 aylıq təhsil zamanı Mərkəzin ixtisaslaşmış emalatxanaları ilə yanaşı, yuxarıda adları çəkilən zavodlarda da əmək təcrübəsi keçirlər.Tədris prosesinin sonunda yekun imtahan keçirilir, imtahandan uğurla keçən şəxslər beynəlxalq sertifikata yiyələnir, həmçinin zavodlarda işlə təmin olunurlar. Burada təlimlər beynəlxalq standartlara uyğun keçirilir.

Təlim-Tədris Mərkəzində təhsil aldıqları müddətdə şagirdlər aylıq təqaüd və pulsuz yeməklə təmin olunurlar.

Hazırda Mərkəzdə “Yeni fəhlə kadrlarının hazırlanması” proqramı daxilində 7 peşə üzrə 8 qrupda 111 nəfər şagird təhsil alır.

Mərkəzdə 2019-cu ilin 11 ayı ərzində 323 nəfər dinləyici kursları bitirib və attestasiyadan keçib.

Mərkəz müasir avadanlıqlarla təchiz olunub. 2017-ci ildə Mərkəzdə Yaponiyanın tanınmış “Yokogawa Electric Corporation” şirkətinin (Yokogawa Electric CİS Ltd – MDB ölkələri üzrə baş ofisi) dəstəyi ilə müasir avtomatik idarəetmə sistemləri üzrə təlim otağı qurulub. Bu da avtomatik idarəetmə sistemləri, proqram təminatı, CENTUM və ProSafe sistemləri üzrə təlimlərin keçirilməsi üçün nəzərdə tutulub. Burada əsas məqsəd Azərbaycanda avtomatika və nəzarət-ölçü cihazları sahəsində ən son texnologiyaların tətbiqi və yerli mütəxəssislərin bu sahələr üzrə biliklərinin artırılmasıdır.

Beləliklə,

Gununsesi.org “Report”-a istinadən Sumqayıt Təlim, Tədris Mərkəzindən videoreportajı təqdim edir:

 

 

 

Gununsesi.org