
Gələn ildən SOCAR istiqrazlarının manatla buraxılması nəzərdə tutulur.
Gununsesi.info xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
“Hazırda SOCAR istiqrazlarına maraq böyükdür. Əgər tələbat çox olarsa, bu ilin sonuna dollarla yeni istiqrazlar buraxıla bilər. Gələn ildən isə SOCAR istiqrazlarının dollara bağlı manatla buraxılması planlaşdırılır. Belə ki, istiqraz almaq istəyənlər həmin günün məzənnəsi ilə istiqraz ala biləcək. İstənilən vaxt bu məbləği dollarla geri ala biləcək” – deyə, R.Abdullayev əlavə edib.
Gununsesi.info