SOCAR ötən il 4,5 milyard manat qazanıb

  • By admin
  • 12 Avqust 2017 17:31

190002jpg
SOCAR ötən il 4,5 milyard manat ümumi mənfəət əldə edib.

Gununsesi.info AzərTac-a istinadən xəbər verir ki, bu barədə şirkətin 2016-cı il üzrə maliyyə hesabatında deyilir. 2016-cı il dekabrın 31-nə SOCAR-ın gəlirləri 51 milyard 905 milyon manat, satışların maya dəyəri isə 47 milyard 387 milyon manat olub. Beləliklə şirkət ötən ili 4 milyard 518 milyon manat ümumi mənfəətlə başa vurub.

Şirkətin əməliyyat fəaliyyətindən mənfəəti 1 milyard 896 milyon manat, mənfəət vergisindən əvvəlki mənfəəti (zərər) 936 milyon manat, il üzrə mənfəəti 350 milyon manat, il üzrə cəmi ümumi gəliri 2 milyard 134 milyon manat təşkil edib.

Keçən ilin sonuna şirkətin cəmi öhdəlikləri 35 milyard 303 milyon manat təşkil edib. Bunun 18 milyard 372 milyon manatı cari öhdəliklər, 16 milyard 931 milyon manatı isə uzunmüddətli öhdəliklər olub.

Gununsesi.info