SOCAR ötən il investisiya planının 51%-ni yerinə yetirib

  • By admin
  • 07 Sentyabr 2020 16:55

SOCAR 2019-cu ildə 3,26 mlrd. manatlıq kapital qoyuluşu proqramının 51,4% və ya 1,67 mlrd. manatını yerinə yetirib.

Gununsesi.info-nun SOCAR-ın illik hesabatına istinadən verdiyi məlumata görə, proqram çərçivəsində vəsaitin 728,68 mln. manatı qazma işlərinə, 2,26 mlrd. manatı tikintiyə, 231,31 mln. manatı quraşdırılması tələb olunmayan avadanlıqlara və 40 mln. manatı geoloji axtarış işlərinə yönəlməsi planlaşdırılırdı. Beləliklə, 2019-cu ildə SOCAR faktiki əsaslı vəsait qoyuluşunu qazma işləri üzrə 94,1%-ni və ya 686 mln. manatını, tikinti üzrə 37,8%-ni və ya 856,71 mln. manatını, quraşdırılması tələb olunmayan avadanlıqlar üzrə 39,2%-ni və ya 90,68 mln. manatını və geoloji axtarış işləri üzrə isə 112,7% və ya 45,08 min manatını yerinə yetirib.

 

 

Gununsesi.info