Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Tbilisidə Gürcüstanın Baş naziri Giorgi Qaxariya ilə görüşüb.
Gununsesi.org SOCAR-a istinadən məlumat verir ki, görüşdə Gürcüstan iqtisadiyyatında əhəmiyyətli rol oynayan Azərbaycan Dövlət Neft Şirkətinin bu ölkədə həyata keçirdiyi irimiqyaslı layihələrin əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd olunub ki, Gürcüstan hökuməti Tercola şəhəri yaxınlığında “SOCAR Georgia Petroleum”un yeni çoxfunksiyalı kompleksinin açılışını alqışlayır. Hökumət administrasiyasının binasında keçirilən görüşdə gələcək əməkdaşlıq məsələləri də müzakirə edilib.