SOCAR rəhbərliyi Sorosla eyni şurada olacaq

  • By admin
  • 30 Avqust 2016 16:27

 

SOCAR

Ukraynanın Milli İnvestisiya Şurasının tərkibinə Corc Soros və“Unilever” rəhbəri Pol Polmanla yanaşı, SOCAR rəhbəriyi də daxil olacaq.

Gununsesi.info forbes.ru-ya istinadən xəbər verir ki,  amerikalı milyader Corc Sorus Ukrayna Milli İnvestisiya Şurasında iştirakına razılıq verib.

Şuranın katibi  Boris Lojkina bildirib ki,  təşkilatda təmsil olunmaq üçün bir neçə böyük kompaniyalar ilə danışıqlar aparıblar: “Onlardan Corc Soros, “Unilever” –in baş direktoru Pol Polman və Azərbaycan Dövlət Neft Şirkətinın rəhbərliyi qəbul edib. Hazırda digər xarici iri investisiya şirkətləri ilə danışıqlar davam edir”.

Lojkina bildirib ki, Milli İnvestisiya Şurasının fəaliyyəti Ukraynada yeni investorların cəlb edilməsinə, normal biznes mühitini yaradılmasına, ölkənin iqtisadi inkişafına kömək edəcək.

Qeyd edək ki, iyul ayında Soros Ukraynanın Avropada böyük fəal olan ölkələrdən birini olduğunu nəzərə alaraq Avropa liderlərinə bu ölkəyə dəstək verməyəçağırış etmişdi. 2015-ci ildə Ukrayna prezidenti Poroşenka isə C.Sorosu “Ukraynanın beynəlxalq nüfuzunun möhkəmlənməsi xidməti”nə görə Azadlıq ordeni ilə təltif etmişdi.

Belə ayın olur ki, Azərbaycan Dövlət Neft Şirkətini Ukraynaya yeni yatırımlar qoymaqla yanaşı, xarici investorların təşviq olunmasına da yardım edəcək. SOCAR-dan Şurada kim təmsil olunacağı bilinmir. Çox güman ki, “SOCAR Energy Ukrain” törəməşirkətinin rəhbəri burada iştirak edəcək. Xatırladakı ki, bu ölkə SOCAR-in indiyədək ən böyük investisiyalar yatırdığı dövlətlərdən biridir.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info