Astara magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Gununsesi.info SOCAR-a istinadən xəbər verir ki, dekabrın 30-da saat 10:00-dan 12:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Şorsulu” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Səlyan rayonunun Şorsulu kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Anar
Gununsesi.info