Bakı Ali Neft Məktəbində “SOCAR-Türkiyə” şirkətinin “STAR” neft emalı zavodunda və “Petkim” Petrokimya Holdinqinə daxil olan müəssisələrdə işləyəcək 25 məzunla görüş keçirilib.
Gununsesi.info bunu SOCAR-a istinadən xəbər verir.
BANM-in rektoru Elmar Qasımov “SOCAR-Türkiyə” şirkətində iş imkanı qazanan məzunları təbrik etmiş, onlara uğurlar arzulamış, tövsiyələrini vermişdir. Rektor qeyd edib ki, Ali Məktəbin ilk məzunlarının regionun ən nüfuzlu şirkətlərindən birində çalışması qürurverici haldır.
“SOCAR-Türkiyə” şirkətinin insan resurslarının cəlb edilməsi və idarəolunması departamentinin mütəxəssisi Leyla Axundzadə Türkiyədə iş prosesinin qaydaları haqqında məlumat verərək, məzunları maraqlandıran sualları cavablandırı
Qeyd edək ki, “SOCAR-Türkiyə” şirkətində işləmək hüququ qazanmış tələbələr imtahan və müsahibə mərhələsindən keçib.
Vüsalə
Gununsesi.info