“SOCAR Trading” şirkətinin Kanadadakı ofisi bağlandı

  • By admin
  • 10 Noyabr 2017 09:25

“SOCAR Trading” Kanadanın Kalqari şəhərində yerləşən ofisini bağlamaq barədə qərar qəbul edib.

Gununsesi.info xəbər verir ki, növbəti 3-4 ay ərzində “SOCAR Trading” bütün kommersiya və yardımçı bölmələrini ABŞ-ın Texas ştatında yerləşən Hyuston şəhərinə köçürür.

“SOCAR Trading” Kanada bazarına 2015-ci ildə çıxıb. 2016-cı ilin sonunda isə SOCAR-ın törəməsi Hyustondakı ofisini bağlayıb.

Agentlik yazır ki, “SOCAR Trading”in Kalqaridə 15 nəfər əməkdaşı olub.

“SOCAR Trading” iddia edir ki, yerdəyişmə şirkətin biznesinə heç bir təsir göstərməyəcək.

2007-ci ildə təsis olunan “SOCAR Trading” şirkətinin baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir.

Gununsesi.info