SOCAR Türkiyədəki layihələrinə 7,5 milyard dollar sərmayə yatırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov “Bloomberg News”a müsahibəsində məlumat verib. O, SOCAR-ın Türkiyəyə investisiyalarının risklərə baxmayaraq davam etdiyini söyləyib. “İyun ayının sonuna SOCAR Türkiyədəki layihələrinə 7,5 milyard dollar sərmayə qoyuluşu həyata keçirib. Türkiyədə neft-kimya məhsullarına tələbat artıb. Ölkədə nafta əsaslı məhsullar isə təbii qaza nisbətən daha üstünlük təşkil edir”, – deyə Z.Qəhrəmanov əlavə edib.
Qeyd edək ki, SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları belədir: SOCAR – 87 faiz, “Goldman Sachs” – 13 faiz.
Gununsesi.info