“SOCAR Türkiyə”dən 600 milyon dollarlıq nəhəng layihə – FOTO

  • By admin
  • 04 Fevral 2021 18:42
“SOCAR Türkiyə” ümumi sərmayə dəyəri 600 milyon ABŞ dolları olan layihə üzrə işləri genişləndirir.
Bu barədə SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Türkiyə Enerji”nin STAR Neft Emalı Zavodunun (NEZ) və “Petkim Petrokimya Holdinq”in baş direktoru Anar Məmmədov məlumat verib.
Şirkətin baş direktoru layihə üzrə işlərə 2022-ci ildə yekun vurulacağını bildirib. Onun sözlərinə görə, ümumilikdə davamlı investisiyalarla sərmayə dəyəri 600 milyon dollara çatdırılacaq layihə ilə STAR Neft Emalı Zavodunu əlavə olaraq 342 min kubmetr saxlama həcmi olan anbar təmin edəcək.
O vurğulayıb ki, 2021-ci ildə zavodun elastikliyinin artırılması üzrə işləri maksimum tempdə davam etdiriləcək. Bu istiqamətdə STAR NEZ-in ​işləkliyinin artırılması və gəlirlər bazasının inkişaf etdirilməsinə xidmət edən, 45 milyon dollarlıq investisiya həcmindəki IFOP layihəsini istifadəyə veriləcək.
Bildirilib ki, layihə əlavə satış və transfer sistemlərinin yaradılması ilə STAR NEZ-in əməliyyat istiqamətlərini, lojistika imkanlarını və rəqabət qabiliyyətini daha da artıracaq.
Qeyd edək ki, STAR Neft Emalı Zavodunun illik dizayn istehsal gücü 10 milyon tondur. Ötən il zavod bu rəqəmi üstələnib.
Zavodda ötən il ərzində 10,3 milyon xam neft və 300 min ton təbii qazdan istifadə etməklə böyük həcmdə dizel yanacağı (4,8 milyon ton), aviasiya yanacağı (1,6 milyon ton), LPG (0,3 milyon ton), nafta (1,5 milyon ton), neft koksu (0,7 milyon ton), kükürd (0,2 miltyon ton) olmaqla cəmi 10,1 milyon ton məhsul hasil edilib.

Gununsesi.org