SOCAR xaricdəki müəssisələrində nə qədər əməkhaqqı ödəyir?

  • By admin
  • 25 Oktyabr 2016 13:57

orta

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bəzi törəmə şirkətlərində əməkhaqqı fondunu ixtisar edib.

Gununsesi.info xəbər verir ki, bu haqda SOCAR-ın Davamlı İnkişaf Proqramında göstərilir.  Əsas azalma Gürcüstandakı və Ukraynadakı müəssisələrində müşahidə olunur. Belə ki, Davamlı İnkişaf Proqramında SOCAR-ın bu ölkələrdəki şirkətlərində minimum və orta aylıq əməkhaqqı təqribən 30 -40 faizə qədər azalıb.

Ümumilikdə, neft şirkətinin törəmə müəssisələrində 2015-ci il üzrə əməkhaqqı fondu aşağıdakı kimi olub.

SOCAR

2013                              2014                                    2015

Minimum əməkhaqqı             135 manat               149  manat                     149 manat

Orta aylıq əməkhaqqı         839 manat                   882 manat                      893 manat

SOCAR Energy Ukraine

Minimum əməkhaqqı          76 manat                  105 manat                            60 manat

Orta aylıq əməkhaqqı      426 manat                 645 manat                            379 manat

SOCAR Energy Georgia

Minimum əməkhaqqı         142 manat                 238 manat                       178 manat

Orta aylıq əməkhaqqı         465 manat               573 manat                         548 manat

SOCAR Energy Turkey

Minimum əməkhaqqı         477 manat              392 manat                          640 manat

Orta aylıq əməkhaqqı         2566 manat            1911 manat                       2500 manat

SOCAR Enerji İsveçrə

Minimum əməkhaqqı         2690 manat               2500 manat                  3384 manat

Orta aylıq əməkhaqqı         3600 manat               3245 manat                  4324 manat

 

Vüsalə Rüstəmova

Gununsesi.info