Soçi görüşü öncəsi Putinlə Ərdoğan arasında GƏRGİNLİK

  • By admin
  • 22 Sentyabr 2021 15:26

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın çıxışı Kremldə narazılıq doğurub.

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov Ərdoğanın Krımın Rusiya tərəfindən ilhaq olunmasını qəbul etmədiklərini söyləməsini təəssüflə qarşılayıb.

“Kreml Ərdoğanın Rusiyaya səfərə hazırlaşdığı məqamda Krımla bağlı dediklərindən təəssüflənir”-deyə Peskov söyləyib.

Xatırladaq ki, Ərdoğan sentyabrın 29-da Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Gununsesi.info