Soçidə Azərbaycanla Rusiya arasındakı poblemlər müzakirə olunacaq POLİTOLOQ

  • By admin
  • 21 İyul 2017 16:14
siaphoto_562953
Azərbaycan və Rusiya prezidentləri regional təhlükəsizlik və iki ölkə arasındakı mövcud problemləri müzakirə edəcəklər.
Bunu Gununsesi.info-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu bu gün gecə Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında baş tutacağı görüşü şərh edərkən deyib.
Onun sözlərinə görə, son dörd ayda bölgədə çox ciddi permanent dəyişikliklər baş verir. “Və baş verən dəyişikliklər region ölkələrinə hər hansı formada öz təsirini göstərir. Yeni çağırışlar mövcuddur. Ona görə də yaranmış durum iki ölkə lideri arasında ciddi müzakirəsinə ehtiyac yaradır. Görüşdə  regional təhlükəsizlik, Dağlıq Qarabağ məsələsi ilə yanaşı iki ölkə arasındakı yığılıb qalan poblemlər müzakirə olunacaq” – deyə, politoloq vurğulayıb.
O əlavə edib ki, son zamanlar Rusiyadan Azərbaycana qarşı təzyiq və təhdidlər mövcuddur. “Bildiyiniz kimi son aylarda  Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycan əleyhinə və onun maraqlarına zidd, şər-böhtan xarakterli bəyanatları  olub. Bunun ardınca Rusiya XİN Qarabağ problemində Qarabağı tərəf kimi göstərməyə cəhd edib. Ümumrusiya Azərbaycanlıları Konqresi və digər bu kimi rpoblemlər var ki, onalrın müzakirəsinə ciddi ehtiyac var. Odur ki, bu məsələlər müzakirə olunacaq”- deyə, M. Əhmədoğlu bildirib.
Mürtəza
Gununsesi.info