Soçidə koronavirsa yoluxan qadın xəstəxanadan qaçdı

  • By admin
  • 11 May 2020 09:46

Rusiyanın paytaxtı Moskvadan Soçi şəhərinə gələn və koronavirus testi müsbət çıxan qadın xəstəxanadan qaçıb.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Krasnodar diyarının əməliyyat qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 28 yaşlı qadın Soçiyə aprelin 25-də Moskvadan gəlib və xəstəxanaya yerləşdirilib. 5 mayda koronavirus testi müsbət çıxıb. Qadın Soçi şəhər 2 nömrəli yoluxucu xəstəliklər xəstəxanasına köçürülüb. Xəstənin vəziyyəti qənaətbəxş olub.

Lakin mayın 8-dən 9-na keçən gecə o, tibb müəssisəsinin ətrafında quraşdırılmış beton hasarın üstünə çıxaraq xəstəxananın ərazisini tərk edib. Hal-hazırda qadın başqalarının sağlamlığı üçün təhlükə yaratdığına görə polis tərəfindən axtarılır.

 

 

Gununsesi.org